Ermənilər Qarabağda hərbi təlim keçir
22
mar
2017
17:38
Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.
Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.
Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.
BAKU.WS
Oxşar xəbərlər
Erməni Ordusu Qarabağda fəallaşdı: Ağır artilleriya işə düşdü
Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar. BAKU.WS-in APA-nın Qarabağ bürosuna istinadən verd...