Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu - SƏBƏB - FOTO

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu - SƏBƏB - FOTO
Hadisə 945

Ermənipərəst mövqeyi və Azərbaycanı təhqir etməsi ilə məşhur olan rusiyalı müğənni Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib.

Oxu.az Vesti.az-a istinadla xəbər verir ki, konsert oktyabrın 9-da "Congress Hall"da baş tutmalı idi.

Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib və o, idarənin nümayəndələrinə bildirib ki, Lyubov Uspenskaya qızğın ermənipərəst mövqedən çıxış edir. Qeyd olunub ki, KİV-də və sosial şəbəkələrdə Azərbaycana və onun rəsmilərinə qarşı təhqirlərlə çıxış edən Uspenskaya bununla yanaşı sadə azərbaycanlıları guya sevdiyini ifadə edib.

Nazirlik müğənninin paylaşımlarını oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib. Qısa müddət ərzində konsertin elanı da "iTicket" platformasından silinib.

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu - SƏBƏB - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər