Ermənilərin Beyləqana atdığı mərmidən həlak olan iki bacının yaşadığı evdən VİDEOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Beyləqana atdığı mərmilər nəticəsində şəhər sakinləri - 44 yaşlı Zülfiyyə İsmayılova və onun bacısı, 22 yaşlı Arzu Əsədova həlak olub.
BAKU.WS xəbər verir ki, "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı bacıların həlak olduğu evdən reportaj hazırlayıb.
Zülfiyyə İsmayılova və Arzu Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Bundan başqa, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri 38 yaşlı Etibar Balakişiyev və 51 yaşlı Sevda Bəşirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İki bacının həlak olduğu ərazidə olan digər yaşayış evlərinin bir neçəsi təmamilə dağılıb, bəzilərinə isə ciddi ziyan dəyib.
Evləri dağılan Beyləqan sakinləri "Report"a bildiriblər ki, erməni terrorçularının təxribatları onları qorxutmur. Onlar Azərbaycan Ordusuna güvənir, əsgərlərimizin hər daim düşmənin layiqli cavabını verdiyini söyləyirlər.
Qalereya
Oxşar xəbərlər
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü biabırçılıq
Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) c...