Ermənilərin Azərbaycan hərbçisini yaralaması ilə bağlı cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin Azərbaycan hərbçisini yaralaması ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib,
Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Oxşar xəbərlər
Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması i...