Əri tərəfindən öldürülən müğənninin bacısı Əli Mirəliyevi məhkəməyə verəcək - VİDEO

Əri tərəfindən öldürülən müğənninin bacısı Əli Mirəliyevi məhkəməyə verəcək - VİDEO
Video
Hadisə 8

Əri tərəfindən öldürülən müğənni Yaqut Həşimovanın bacısı müğənni Əli Mirəliyevi məhkəməyə verəcək.

BAKU.WS xəbər verir ki, buna səbəb Əli Mirəliyevin "Bizimləsən" verilişində Yaqut haqqında “Sağ olarkən içkili halda mənə zəng vurmuşdu.

O, artıq yolunu azmışdı” sözlərini söyləməsi olub.

Daha aonra Əli Mirəliyev işlətdiyi sözlərə görə mərhumun ailəsindən üzr istəyib. Lakin bu vəziyyəti dəyişməyib.

Mərhumun bacısı Şəlalə efirə bağlanaraq, Əli Mirəliyevin işlətdiyi ifadəyə görə məhkəməyə verəcəyini deyib.

Xatırladaq ki, oktyabrın 16-da Yaqut Həşimova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib. Hadisə əri qısqanclıq zəminində baş verib.

Son xəbərlər