Əməkdar artist estetik müdaxilənin qurbanı oldu - FOTO/VİDEO

Əməkdar artist Ruhəngiz Allahverdiyeva illər əvvəl ona uğursuz estetik müdaxilə edildiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Maqazin plus"a danışan ifaçı illər əvvəlki əməliyyatın pis fəsadlarla nəticələndiyini vurğulayıb:
"Üzümə estetik müdaxilə olunmuşdu. Təəssüflər olsun ki, həkimin elədiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Adı da Vüqardır.
İllərdir demirdim, amma indi açıqlayacağam. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir işi gördü. İnsan bir şeyi bacarmırsa, o işə əl atmamalıdır. İnsan həyatı və gözəlliyi ilə oynayırsınız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum".

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
