Elektron qolbaq daşıyan məhkum oğurluğa görə yenidən saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus evlərdən ümumi dəyəri 7000 manatdan artıq olan müxtəlif məişət əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti alətlərinin oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon sakinləri Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə azadlığı məhdudlaşdırılaraq elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub. Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Elektron qolbaq daşıyan məhkum oğurluq etdi - FOTO
İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili işlər Na...