“Əlavə qazanc, yüksək gəlir” adı altında taksi sürücülərini aldadan şəxs tutulub - VİDEO

“Əlavə qazanc, yüksək gəlir” adı altında taksi sürücülərini aldadan şəxs tutulub - VİDEO
Video
Hadisə 117

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər