Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Elan saytlarında mopet, playstation və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatların yerləşdirildiyi və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 2001-ci il təvəllüdlü Rəşad Adışov saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. R.Adışovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...