Əhməd Əhmədov təcridxana rejimini pozur, qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur
20
fev
2024
11:15
Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
BAKU.WS Gununsesi.info-ya istinadən xəbər verir ki, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.
Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir.
Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.
Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...