Dünyanın ən güclü qadın hərbçiləri (FOTO)

Dünyanın ən güclü qadın hərbçiləri (FOTO)
Hadisə 2238

 

Qadınlar dünyada bir çox orduda fərqli vəzifələrdə çalışır.

BAKU.WS-in məlumatına görə, qadınların əsgərlik tarixi 4000 il əvvəldən başlayır. Bir çox millətin qadınları orduda xidmət göstərir. Qadınlar əvvəllər orduda sıravi əsgər kimi xidmət edirdisə, hazırda daha yüksək vəzifələrdə çalışır. 

İsrail 

İsrail ordusunda qadınlar bir çox vəzifədə yer alır. İsrail Hərbi Hava Qüvvələrinə qadınları daxil etməmək qərarı versə də 1994-ci ildə bu qərar ləğv edilib. İsrailli qadınlar da kişilər kimi məcburi əsgərlik xidməti keçməlidir. Məcburi xidmət müddəti 2 il olaraq müəyyən edilib. 

İngiltərə 

İngilis ordusunda olan qadınlar isə düşmənlə təmasda olmur. İngilis ordusu tarixində qadın döyüşçülərin əhəmiyyətli bir yeri var. Bunlardan ən bilinən nümunəsi Kraliça Boudikadır. Kraliça romalılar 62-ci ildə İngiltərəni işğal edərkən düşmənə qarşı döyüşüb. 

1776-cı ildə Amerika Müstəqillik Döyüşündə İngilis ordusuyla birlikdə 5000 qadının iştirak etdiyi təxmin edilir. Bunlardan çoxu zabit və əsgərlərin həyat yoldaşları olub. Qadınlardan bəziləri isə aşbaz və tibb bacısı olaraq orduda xidmət göstərib. I Dünya Müharibəsində Fransada qadınlara xüsusi birlik qurulub. Həmin birliyə cəlb edilən qadınlar arxa cəbhədə xidmət göstərib, amma döyüşlərdə iştirak etməyib. 

Finlandiya 

Finlandiya vətəndaş müharibəsi zamanı "Qızılların Naiskaarti" adı altında qadın birlikləri yaranıb. Daxili çəkişmələrdən sonra qadınların ön cəbhədəki rolu azaldılıb. II Dünya Müharibəsi zamanı SSRİ ilə Finlandiya arasındakı döyüşdə qadınlar arxa cəbhədə partizanlara qoşulub. Finlandiyada 18-60 yaş aralısındakı hər kişi üçün hərbi xidmət zəruridir. Bu ölkədə qadınlar könüllü olaraq əsgərlik edə bilir. 

Liviya

Liviya ordusunda qadın əsgər olan tək İslam dövlətidir. Ölkədə 200 nəfərlik xüsusi keşikçilərdən ibarət "Amazon Gözətçiləri" yalnız qadın əsgərlərdən ibarətdir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər