"Dünyanın ən böyük uşağı" 21 yaşında vəfat edib - FOTO

Dünyanın ən böyük uşağı 21 yaşında vəfat edib - FOTO
Foto
Hadisə 428

Rusiya Federasiyasının vətəndaşı olan, “dünyanın ən böyük uşağı” kimi Ginnesin Rekordlar Kitabına düşən Kabarda-Balkariya Respublikasının sakini Cambulat Xatoxov ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün “Instagram” səhifəsində paylaşım edib.

“Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Qubjev yazıb.

21 yaşlı C.Xatoxovun ölüm səbəbi açıqlanmır.

Məlumata görə, C.Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında – 115, on üç yaşında – təxminən 180 kiloqram ağırlığında idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər