Dünən 2225 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Oxşar xəbərlər
AXCP sədrinin köməkçisi Faiq Əmirli karantin qaydalarını pozduğuna görə 200 manat cərimələnib
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkd...
