DTX-dən ƏMƏLİYYAT: Saxlanılan vəzifəli şəxslərdən daha birinin adı məlum oldu - FOTO/VİDEO - YENİLƏNİB - 3
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin bilinib.
BAKU.WS bizim media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da saxlanılıb.
***14:34
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı daha bir vəzifəli şəxs saxlanılıb.
BAKU.WS bizim media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.
***14:04
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
***13:35
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.
***12:46
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb, saxlanılanlar var. Onlar arasında yüksək vəzifəli şəxslər, o cümlədən Təchizat və Əmlak Şöbəsinin müdiri də var.
Oxşar xəbərlər
General-mayorun milyonluq mülkləri: Arvadının, qızının, oğlunun... - ŞOK SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının qiymətləndiril...