DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI
07
dek
2022
10:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib:
“Onlar ambulator müalicə üçün evə buraxılıblar”.
Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...