Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib - Ölən və yaralananlar var

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib - Ölən və yaralananlar var
Hadisə 604
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Hadisə nəticəsində dünyasını dəyişən şəxs Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğludur.Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.Qəzada iştirak edən "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gecə ağır qəza baş verdi – Ölən və yaralılar var – VİDEO

Gecə ağır qəza baş verdi – Ölən və yaralılar var – VİDEO

Ötən gecə Yevlax-Bərdə avtomobil yolunda dəhşətli qəza baş verib.Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, yol qəzası saat 22 ra...

992 Hadisə 08:12 26 iyul 2019

Son xəbərlər