Dostu borca pul vermədi, qisas olaraq avtomobilini yandırdı
03
sen
2019
20:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı Həştərxan vətəndaşının avtomobilini yandırmaqda ittiham olunub.BAKU.WS provintsya.ru portalına istinadən bildirir ki, bunu sentyabrın 3-də Rusiya Daxili İşlər Nazirliyi Həştərxan Vilayəti üzrə İdarəsinin əməkdaşı Artem Sladkov deyib.Məlumatda bildirilir ki, hadisənin baş verməsinə səbəb təqsirləndirilən şəxsin zərərçəkmişdən borca pul istəməsi olub. Borca pul ala bilməyən azərbaycanlı dostundan, onun maşınını yandrımaqla qisas alıb.Qeyd edilir ki, “Kia Rio” markalı avtomobilin yanması barədə polisə məlumat verilib. Ekspertiza zamanı avtomobilin yandırıldığı məlum olub. Zərərin miqdarının təxminən 740 min rubl təşkil etdiyi bildirilir. Daxili İşlər Nazirliyinin İstintaq şöbəsi başqasının əmlakına qəsdən külli miqdarda ziyan vurmaqda ittiham olunan 24 yaşlı Azərbaycan vətəndaşının cinayət işinin istintaqını başa çatdırıb. İttiham aktı təsdiqlənməsi üçün prokurorluğa göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda 8 qızı fahişəliyə cəlb edən qadından YENİ XƏBƏR
Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Almaz Allahverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS "ölkə.az"a ist...