DİN Vətən müharibəsi qazısının döyülməsini nəzarətə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 12-də Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən Müharibəsi qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib.
Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır - RƏSMİ AÇIQLAMA
"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir". Bu barədə BAKU.WS-ə D...