DİN və DSX birgə əməliyyat keçirdi - FOTO/VİDEO

DİN və DSX birgə əməliyyat keçirdi - FOTO/VİDEO
Foto Video
Hadisə 150

İran vətəndaşları Azərbaycanda narkotiklə saxlanıldı.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər