DİN: Ötən gün 244 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

DİN: Ötən gün 244 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
Hadisə 78

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 21-də Bakı şəhərində və respublikanın digər ərazilərində 78 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, monitorinqlər 65 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 244 nəfər toy şənliklərinə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər