Yanan şəxsi söndürərkən polis də xəsarət alıb - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:
"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".
Oxşar xəbərlər
Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT - ANBAAN VİDEO
2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud...