DİN əməliyyat keçirdi - “Xutor”da narkotik satan daha 13 nəfər tutuldu - FOTO/VİDEO

DİN əməliyyat keçirdi - “Xutor”da narkotik satan daha 13 nəfər tutuldu - FOTO/VİDEO
Foto Video
Hadisə 334

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb. Bu şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb.

Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər