DİN-dən yeniyetmənin döyülməsini əks etdirən görüntülərə REAKSİYA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.
Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.
*** 09:20
Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn “TikTok” sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.
Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində “TikTok”da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, ötən gün “TikTok”da eyni məzmunlu daha bir video paylaşılıb.
Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür.
Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.
Hadisənin hansı ərazidə baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, sözügedən video daha sonra paylaşım sahibi tərəfindən silinib.
Həmin görüntünü təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...