DİN-dən Bakıda qadına qarşı zorakılıq iddiasına cavab - FOTO/VİDEO

Bakıda bazar ərazisində polisin qadına qarşı zor tətbiq etdiyini göstərən video yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, video haqqında qeyddə polisin küçədə ticarətlə məşğul olan qadını yerə yıxdığı iddia edilib.
Görüntülərlə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videoda əks olunan qadın polis yaxınlaşarkən özünü yerə ataraq, ətrafdakıların diqqətini cəlb etməyə çalışıb:
“Hadisə “Neftçilər” metro stansiyası yaxınlığında baş verib. 1989-cü il təvəllüdlü Yevlax rayonundan olan qadın dilənçilik edir və tüfeyli həyat tərzi sürür. Onun barəsində sosial şəbəkələrdə məlumat xarakterli xeyli şikayət var. Dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Əsasən üzərində internetden çıxarıb böyütdüyü, tanımadığı yataq xəstələrinin, hətta şəhidlərin fotoları ilə ictimai yerlərdə anası ilə birgə dilənçilik edir”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
