Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə BAKU.WS-ə Komitədən bildirilib.
Məlumata görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2 645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatlarının ölkəyə keçirilməsinin qarşısı alındı
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə əra...
