Deputatın seçicilər tərəfindən qovulması ilə bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.
BAKU.WS xəbər verir ki, bu fikirləri oxu.az-a Ş.İsmayılovun ofisindən bildiriblər.
Qeyd edilib ki, baş verən hadisə təxribat xarakterli olub. Buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.
Buna qədər 81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb. Kadrlar sosial şəbəkələrdə yayımlanıb.
Məlumatlara əsasən, hadisə Beyləqanın Kəbirli kəndində baş verib. Seçicilər deputata iradlar bildirir və onlarla görüşməməkdə təqsirləndirirlər.
Bəzi mətbuat orqanları isə yazır ki, Ş.İsmayılov həmin kənddən qovulub.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...