Dəfn mərasimindən qayıdarkən avtomobili aşırdı: 1 ölü, 1 yaralı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulun İkinci Paşalı kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmamverdi oğlu idarə etdiyi 24-BF-954 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobillə yaxın qohumunun dəfn mərasimindən qayıdarkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, rayonun Birinci Udulu kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, M.Babayev dünyasını dəyişib. Digər yaralı isə ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mircəlal Ağayev “Azərişiq” ASC-də nəzarətçi-mühəndis vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...