"İdeal”ın keçmiş sahibinə HƏBS CƏZASI verildi

İdeal”ın keçmiş sahibinə HƏBS CƏZASI verildi
Hadisə 297

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prokuror "İdeal"ın keçmiş sahibinə cəza istəyib

Prokuror "İdeal"ın keçmiş sahibinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. BAKU.WS APA-ya is...

201 Hadisə 12:45 17 yanvar 2022

Son xəbərlər