Daxili İşlər Nazirliyi Rəqsanənin ittihamlarına cavab verdi - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə video yayımlayaraq Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovun 7 ildir onun evini ələ keçirdiyini iddia edib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov qafqazinfo-ya açıqlamasında sənətçinin iddialarının əsassız olduğunu bildirib:
“Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənilən məbləği qaytarmadan evi geri tələb edib. Tərəflər arasındakı mübahisə məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbini təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.
*** 17:05
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı videosu ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi sosial şəbəkə hesabında yayımladığı görüntülərdə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.
İfaçı videomüraciətində Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovun 7 ildir onun evini ələ keçirdiyini iddia edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...