Daşkəsəndə iyulda itkin düşən şəxslərin meyiti minalanmış ərazidə tapıldı

Daşkəsəndə iyulda itkin düşən şəxslərin meyiti minalanmış ərazidə tapıldı
Hadisə 608

Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meytləri aşkarlanıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitlərinin Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapıldığını bildirib.

Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daşkəsəndə iyulda itkin düşən şəxslərin axtarışlarına MN əməkdaşları da cəlb olunub

Daşkəsəndə iyulda itkin düşən şəxslərin axtarışlarına MN əməkdaşları da cəlb olunub

İyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışl...

159 Hadisə 10:06 24 sentyabr 2021

Son xəbərlər