Türkiyədə idarəetməni itirən sürücü mikroavtobusu tələbələrin üzərinə sürdü - VİDEO
11
yan
2024
17:07
Türkiyənin Diyarbakır şəhərində mikroavtobus sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini marketə çırpıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 5 tələbə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Qəza anı iş yerinin təhlükəsizlik kamerasına əks olunub. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...