Dam örtüyünü təmir edərkən boşluğa yıxılan şəxsin xilasedilmə əməliyyatı - FOTO/VİDEO

Dam örtüyünü təmir edərkən boşluğa yıxılan şəxsin xilasedilmə əməliyyatı - FOTO/VİDEO
Foto Video
Hadisə 148

Gəncə sakini dam örtüyünü təmir edərkən yıxılaraq müxtəlif xəsarətlər alıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər