Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - FOTO

Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - FOTO
Foto
Hadisə 208

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatları olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə şəhər icra başçısı müvafiq əmrlər imzalayıb.

Belə ki, çavuş Ayxan Cavanşir oğlu Babayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, baş leytenant Fərman Mərfət oğlu Rüstəmov isə həmin şöbəyə böyük məsləhətçi təyin edilib.

Qeyd edək ki, onların hər ikisi də Vətən müharibəsinin iştirakçılarıdır. A.Babayev manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, dövlət başçısının sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. F.Rüstəmov isə tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS AZƏRTAC-a isti...

10707 Hadisə 14:04 16 avqust 2018

Son xəbərlər