İcra hakimiyyətində yoxlama: Bütün vəzifəli şəxslər dindirilir - YENİLƏNİB

İcra hakimiyyətində yoxlama: Bütün vəzifəli şəxslər dindirilir - YENİLƏNİB
Hadisə 2361

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, qurumun bütün vəzifəli şəxsləri dindirilir:

“Bütün vəzifəli şəxslər idarədə dindirilir. Bura bələdiyyələr, icra nümayəndələri, müəssisə və təşkilat rəhbərləri də daxildir. Yoxlamalar əsasən torpaq, tikinti və subsidiya məsələsi ilə bağlıdır. Hazırda bütün bu məsələlərlə bağlı istintaq gedir”.

***14:57

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

APA-nın əldə etdiyi xəbərə görə, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-in keçmiş başçısının birinci mü...

347 Hadisə 12:57 29 oktyabr 2021

Son xəbərlər