Çovdarov müttəhimlər kürsüsünə göndərildi

Çovdarov müttəhimlər kürsüsünə göndərildi
Hadisə 1278
 

Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb.

Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinir.

BAKU.WS

Oxşar xəbərlər

Keçmiş MTN generalından şikayət

Keçmiş MTN generalından şikayət

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahi...

1459 Hadisə 11:29 24 mart 2016

Son xəbərlər