Cəlilabadda heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı

Cəlilabadda heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı
Hadisə 525
Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.BAKU.WS-in məlumatına görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb.Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib.Ekspertizanın rəyinə görə, torbada ümumi çəkisi 5702 qram tünd qəhvəyi maddə, 2 min qram isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik tərkibli tiryək olduğu müəyyən edilib.Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.BAKU.WS

Oxşar xəbərlər

Cəlilabadda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Cəlilabadda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Baş Na...

600 Hadisə 19:59 11 oktyabr 2018

Son xəbərlər