Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı - FOTO

Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı - FOTO
Foto
Hadisə 195

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Belə ki, onun yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F.İlyasov yaşadığı evə göndərilib.

Faktla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupund...

95 Hadisə 09:31 01 aprel 2021

Son xəbərlər