Çay evində iki qardaş bıçaqlandı, biri öldü - FOTO

Çay evində iki qardaş bıçaqlandı, biri öldü - FOTO
Foto
Hadisə 168

Tovuz rayonunun İbrahim Hacılı kəndində çay evlərinin birində qətl hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Maksim Əhmədov adlı şəxs həmin çay evində çalışan iki qardaşı - Fərman və Ənvər Əlirzayevləri bıçaqlayıb.

Nəticədə Ənvər Əlirzayev aldığı bıçaq zərbələrindən dünyasını dəyişib. Fərman isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər