Cəlilabadın sabiq icra başçısına HÖKM OXUNDU

Cəlilabadın sabiq icra başçısına HÖKM OXUNDU
Hadisə 139

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-in keçmiş başçısının birinci mü...

347 Hadisə 12:57 29 oktyabr 2021

Son xəbərlər