Cəlilabadda itkin düşən qadının öldürüldüyü məlum olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda açıq sahədən qadın meyiti tapılıb.
BAKU.WS-in məlumatına görə, noyabrın 16-sı rayon polis şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı məlumat daxil olub. Daxil olmuş müraciət əsasında aparılmış istintaq tədbirləri istintaq tədbirləri nəticəsində qadının qəsdən öldürüldüyü məlum olub.
Rayon prokurorluğunun yaydığı məlumata görə, mərhumun qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə əsaslı şübhə yaranıb. İddia edilir ki, qadın qətlə yetirildikdən sonra meyiti rayonun Uzuntəpə kəndində basdırılıb.
İddialara görə, bacı-qardaş arasında tez-tez mübahisələr olurmuş.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılaraq dindirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA - YENİLƏNİB
Dünən 11-ci mərtəbədən yıxılaraq ölən ginekoloq Xalidə Kəngərlinin həyat yoldaşı Rüfət Kəngərlinin Dövlət Gömrük Komitəsində çalışdığına dair yayılan informasiy...