Cəlilabadda dərs zamanı ölən uşaqla bağlı yaxınlarından açıqlama - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, Qafqazinfo V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bəzi məlumatları əldə edib.
Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsələr də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.
Yaxınlarının verdikləri məlumata görə, Elçinin daha əvvəllər də özündəngetmələri olub. O, bu səbəbdən tibbi müayinədən keçib və həkim onun valideynlərinə bunun qanazlığından irəli gəldiyini deyib.
Göytəpə şəhər qəbiristanlığında dəfn olunan Elçinin dördüncü sinifdə oxuyan qardaşı var. Vəfat edən şagirdin atası dəmirçi sexində rəngsaz işləyir.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...