Cəlilabadda bir ailənin üzvləri qəzaya düşdülər: Ölən və yaralananlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilini aparan evakuatora çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Lerikdə avtobus qəzasında ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub. BAKU.WS “Report”a istinadən xəbər verir k...