Cəbhədə amansız döyüş: hər iki tərəfdən itki var
04
fev
2016
10:29
Erməni silahlı qüvvələri yenə təxribata əl atıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə qızğın döyüş gedir: 18 ölü və 20-dən artıq yaralı var (RƏSMİ)
Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ötən gün və gecə ərzində Silahl...