Bu ərazidə sakinlər gecə səsdən yata bilmir - "Vətəndaş ev alanda bilmirdi ki, yaxınlıqda..." - VİDEO

Bu ərazidə sakinlər gecə səsdən yata bilmir - Vətəndaş ev alanda bilmirdi ki, yaxınlıqda... - VİDEO
Video
Hadisə 3096

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər narazıdırlar.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb gecə boyu davam edən səs-küydür.

İddialara görə, yaşayış evlərinin yaxınlığında yerləşən "Crystal Beton" zavodu gecə saatlarında işləyərək səs-küyə səbəb olur:

"Gecə boyu iş gedir, saat 3, 4, 5 demədən dayanmırlar".

Məsələ ilə bağlı sözügedən müəsisə ilə əlaqə saxladıq.

Qurumun əməkdaşı bildirdi ki, burada heç bir qanunsuz iş görülmür. Vətəndaş ev alanda bilmirdi ki, yaxınlıqda zavod var?

"Bəli, bizdə gecə saatlarında iş gedir. Qayda var ki, yük maşınları şəhərə yalnız gecə saat 22:00-dan sonra daxil ola bilərlər. İnsanların narahatlığını başa düşürəm. Ancaq bu qayda-qanunu biz qoymamışıq. Ora bizim qanuni ərazimizdir. Bütün rəsmi sənədlərimiz də qaydasındadır. Orada beton zavod həyətdə deyil, kənardadır. Evlər isə zavoddan sonra tikilib. Evi tikən görmürdü ki, orada zavod var?".

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər