Boru oğurlamaq istəyənləri polis iş üstündə yaxalayıb
02
dek
2022
12:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub.
Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakının Xəzər rayonunda neft oğruları peyda olub - FOTO
Bakıda mədən ərazisindən müxtəlif vaxtlarda 2 ton neft oğurlamaq istəyən şəxslər yaxalanıb. BAKU.WS xəbər verir ki, bu barədə "report"a “Security Operation Serv...