Borcu olan sürücü özünü yandırmaq istədi: "Görün başınıza nə oyun açacağam"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib".
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır. Sürücü bundan əsəbləşərək polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacağam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib", - məlumatda qeyd edilib.
Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...