Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov Sumqayıtda dəfn olundu - YENİLƏNİB - FOTO

Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.
Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.
***11:18
Birinci Qarabağ müharibəsində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasovla vida mərasimi keçirilir.
BAKU.WS Ozu.az-a istinadən xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.
Qeyd edək ki, vida mərasimindən sonra şəhid Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Oxşar xəbərlər
Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyev dəfn edilib - YENİLƏNİB - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları Gəncədə Şəhidlər Xiyabanında tapılan Elşən Xasiyev dəfn olunub. BAKU.WS Report-a isti...
