Bir ailənin altı üzvü ağır qəzada xəsarət aldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda avtomobil qəzası olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınının arxasındakı qoşquya çırpılıb.
Hadisə nəticəsində bir ailənin üzvləri olan altı nəfər xəsarət alıb.
Bunlar Bakı sakinləri - 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...