Binədə marketlərə qənim kəsilən şəxs ələ keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən dörd marketi talayıb:
"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub.
Araşdırma aparılır".
Oxşar xəbərlər
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. BAKU.WS "Bakupost"a istinadən xəbər verir k...