“Binə” və “Sədərək” ərazilərinə xilasetmə qüvvələri cəlb edilib - YENİLƏNİB + VİDEO
“Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
***08.58
Gecə saatlarında yağan güclü yağış paytaxtı su altında qoyub.
BAKU.WS xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.
Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzini su basıb.
Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.
Oxşar xəbərlər
Tərtərdə 3 kəndi su basıb - FOTO/VİDEO
Ötən gün respublikanın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbə...